Texnoloji avadanlıqlardan, habelə ixtisaslı kadr potensialından istifadə etməklə istehlakçıların gözləntilərinə uyğun dünya standartlarına cavab verən keyfiyyətli məhsul istehsal etmək zavodun qarşıya qoyduğu əsas vəzifələrdəndir.
Şirkət istehsal etdiyi məhsulların standartlara uyğunluğunu istər kimyəvi tərkibini, istərsə də fiziki xüsusiyyətlərini ölçən xüsusi laboratoriyalarda (spektorial və mexaniki sınaq) yoxladıqdan sonra istehsala və satışa icazə verməkdədir.
Eyni zamanda şirkət EN və İSO beynəlxalq sertifikatları əldə etməklə gələcək dövr üçün xarici bazarlara çıxış imkanlarını genişlətmişdir. Qısa müddət ərzində Türkiyə və Gürcüstan kimi ölkələrə məhsul ixracı həyata keçirilmiş, Avropa ölkələrinə satış üçün danışıqlara başlanılmışdır.