Tikinti armaturları diametri 12-25 mm, uzunluğu 6.000 – 12.000mm istehsal olunur. Məhsul alıcıların sifarişinə uyğun olaraq 4-5 tona qədər bağlamalar şəklində bağlanır və üzərinə keyfiyyətə zəmanət nişanı vurularaq hazır məhsul anbarına göndərilir. Bağlamalar üzərindəki yarlıqlarda tikinti armatur poladının sinfi, standartı, diametri, əritmə nömrəsi, uzunluğu, çəkisi və digər parametrləri göstərilir. Hazır tikinti armaturlarının üzərində standartın tələblərinə uyğun olaraq zavoda məxsus tanıtma nişanları həkk olunub.
“AzeSteelCompany”ASC-də 300 nəfərədək işçi və mühəndis heyəti çalışır. Zavodun aylıq istehsal gücü 5000 tondur. Ümumilikdə 3,75 ha ərazidə yerləşən zavodda 3 əsas istehsal sahəsi fəaliyyət göstərir.
Bunlar: a) polad əritmə sexi - metal qırıntılarından polad istehsal edilərək yarımfabrikatlar (pəstahlar) hazırlanır. Sexdə 4 ədəd 5 tonluq induksion əritmə sobaları fasiləsiz əritməni həyata keçirməklə DÜİST 380-2005 markalı və SP3/SP5 standartına uyğun pəstah istehsalını təmin etməkdədir. Pəstahların ölçüləri: 120*120 mm və 3-6 m-dir.
b) Yayma sexi - dəmir beton konstruksiyaları üçün tikinti armaturları istehsal olunur. Yayma sexində DÜİST 34028-2016 standartına uyğun A500C markalı Armatur və EN 10080-2005 standartına uyğun B500C markalı armatur istehsal edilir. Armaturun ölçüləri Ø 12; 14; 16; 18; 20; 22; mm, uzunluğu isə 12m-dir.
c) Oksigen Sexi - sənaye məqsədli oksigen və azot istehsal olunur. Oksigen və azot istehsalı sexində sənaye məqsədli oksigen və azo, eləcə də həm qazvari, həm də maye halında texniki təyinatlı məhsullar istehsal olunur. Balonların ölçüləri: 6, 30, 75 kub metr və ya balonlardan ibarət kasetlərdə satılır.