BİZİM HAQQIMIZDA

image

Təşkilati Forma


Şirkət 2003-cü ildə “Ekspress-C” MMC olaraq təsis edilmişdir. 2021-ci ildə “Express-C” MMC hüquqi statusunu dəyişərək Açıq Səhmdar Cəmiyyətə çevrilmişdir. Şirkət 2022-ci ildə rebrendinq edərək “AzeSteelCompany” ASC adı altında fəaliyyətini davam etdirir.

Şirkət korporativ idarəetmə standartlarını əsas alaraq təşkil olunmuşdur. Bu məqsədlə ISO 9001 idarəetmə sertifikatını əldə etmişdir. Şirkətin strukturu Səhmdarların Ümumi Yığıncağı, Müşahidə Şurası və İdarə Heyətindən ibarətdir.






image

Kapital və Xarici Bazarlara Çıxış


Şirkət qiymətli kağızlar bazarına çıxış əldə etməklə Bakı Fond Birjası vasitəsilə listinqə daxil edilmiş və ümumi dəyəri 4 mln manat olan istiqrazları standart bazar seqmentində açıq bazarda yerləşdirmişdir. Bununla da özünə effektiv maliyyələşmə istiqamətlərini müəyyən etməklə maliyyə asılılığını diversifikasiya etmişdir.

Şirkətin əsas qayəsi bir sıra aparıcı şirkətlərlə əməkdaşlıq çərçivəsində ölkədə fəaliyyət göstərən tikinti strukturlarının metal konstruksiya hissəsini polad dayanıqlı məhsullarla təmin etmək olsa da, sosial sferada təminatlılığı qorumaq, ixracyönümlü qeyri-neft iqtisadiyyatının inkişafına töhfə vermək, güclü, dayanıqlı, ekoloji cəhətdən təmiz və yüksək keyfiyyətli məhsullar istehsal edərək dünya bazarına çıxış əldə etmək “AzeSteelCompany” ASC-nin fəaliyyətinin prioritet istiqamətlərindəndir.






image

Hədəfimiz


Gələcək dövrdə hədəfimiz zavodun daha da inkişaf etdirilməsi, öz profilini genişləndirməsi, həmçinin sosial məsuliyyət və ətraf mühiti düşünərək ona yüksək əlavə dəyər qatan polad məhsulları istehsal etmək, davamlı təkmilləşməyi prioritet kimi qəbul edən şirkət olmaqdır.

Şirkətin baxışı: Müştəriləri keyfiyyətli polad pəstah və polad armaturla təmin etməklə bazarda ən üst mövqedə qərarlaşmaq.

Şirkətin missiyası: İstehsalı maksimum şəkildə yeni texnoloji avadanlıqlarla təchiz etməklə avtomatlaşdırma səviyyəsini yüksəltmək, həmçinin ekoloji cəhətdən ətraf mühitə həssas istehsal prosesini təşkil etmək, işçi heyətinin ixtisaslaşma dərəcəsini daim inkişaf etdirməklə təhlükəsiz və effektiv iş şəraitini qorumaq.






image

Dəyərlərimiz


Məsuliyyətlik: Hər bir əməkdaşımız öz üzərinə düşən işçi məsuliyyətini dolğun şəkildə başa düşməklə yanaşı, ona tapşırılan işlərin öhdəsindən peşəkarlıqla gəlməkdədir.

Professionallıq: Vəzifə öhdəlikləri və əmək funksiyasının tələblərini yüksək professionallıqla yerinə yetirmək, eyni zamanda ixtisas artırmaq məqsədi ilə təlimlərin keçirilməsinə üstünlük vermək.

Yenilikçi: Yeni texnoloji avadanlıqların sahəmizə tətbiqi ilə istehsalın kəmiyyət və keyfiyyət artımına nail olmaq, eləcə də yeni bazarlara çıxış əldə etmək.

Ətraf mühitə dost: Ətraf mühitin qorunmasına diqqət ayırmaq.

Sosial təminat: İşçilərin maddi təminatını və sosial rifahını artırıacaq tədbirlər həyata keçirmək və bununla bağlı qanunvericiliyin tələblərini yerinə yetirmək.

Komanda işi: Komanda ruhunu inkişaf etdirmək. Zavoddaxili ayrı-ayrı sexlərin işinin təşkilində komanda işinə üstünlük vermək.

Şəffaflıq: Bütün əməliyyatların aparılmasında uçot sisteminin işləyişinə əhəmiyyət vermək. Nəzarət sistemini daim inkişaf etdirmək. Risklərin müəyyən edilməsi və aradan qaldırılmasını təmin etmək.

Motivasiya: Maddi və mənəvi motivasiya sistemlərinə üstünlük vermək. İşçilərin vəzifə artımını və liderlik qabiliyyətini daim ön planda tutmaq.

Hesabatlıq: Şirkətdaxili və şirkətxarici məlumatlandırma sistemini qurmaq və şirkətin yekun nəticələri haqqında hesabatlığı təmin etmək.